“Fənərbağça”nın gənc müdafiəçisi Yusuf Akçiçekin elçiləri artmaqda davam edir.

Offsideplus.az xəbər verir ki, çıxdığı oyunlarda əla performans göstərən müdafiəçi bir neçə klubun maraq dairəsinə düşüb. İstanbul təmsilçisi gənc oyunçu üçün transfer qiymətini 40 milyon avro olaraq müəyyənləşdirib. Bu məbləğ onun Super Liqa tarixinin ən bahalı transferi olmasını təmin edə bilər.

Klub rəhbərliyi bu qiymətin altındakı təklifləri qəbul etməyi düşünmür. Əgər Yusuf bu məbləğə transfer olarsa, o, Super Liqa tarixində ən yüksək keçid haqqı ödənən türk futbolçu rekordunu qıracaq.

Qeyd edək ki, bu mövsüm 14 matçda 2 qol və 1 assistlə yadda qalan gənc müdafiəçi, baş məşqçi Jose Mourinyonun da xüsusi diqqətindədir. Onun yaxın zamanda Türkiyə millisindən dəvət alacağı gözlənilir.