Çempionlar Liqasında iki oyunun nəticəsinə görə PSJ-yə məğlub olaraq mübarizəni dayandıran "Liverpul" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az xəbər verir ki, Mersisayd klubunun əsas oyunçularından biri olan Məhəmməd Salah yayda komandadan ayrıla bilər. Onun klubla olan müqaviləsi başa çatır.
"Liverpul" onun yerini Usman Dembele ilə doldurmaq istəyir. "Qırmızılar" bu keçid üçün 100 milyon avro ödəməyə hazırdır.
Dembele cari mövsümdə 36 oyunda 29 qol vurub.