Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo İngiltərə mətbuatına açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, “Sky Sports” telekanalına danışan portuqaliyalı mütəxəssis Türkiyə futbolundakı vəziyətindən şikayətlənib:
“Türkiyədə idman rəqabəti yoxdur, burada insanların düşündüyündən də böyük hadisələr baş verir. Bir az dərinə ensəniz, inanılmaz şeylər tapacaqsınız”.
O, "Qalatasaray" - "Adana Demirspor" matçında qonaq komandanın meydanı tərk etməsini də xatırlayıb:
"Təsəvvür edirsiniz ki, hakim "Qalatasaray"ın tərəfini tutduğu üçün komandanın matçdan çəkilməsini? İngiltərədə bunu təsəvvür edirsiniz? Gülünc olduğu üçün belə etdilər. Daha da gülməli olanı "Qalatasaray" azarkeşlərinin bayram etməsi idi”.