"Portu"nun oyunçusu "Arsenal"ın "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "topçular" Samunu transfer etməyi planlaşdırır. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

London klubu ispaniyalı oyunçu üçün yay "transfer pəncərəsi"ndə təklif  irəli sürməyə hazırlaşır.

Qeyd edək ki, 20 yaşlı oyunçu 2024/25 mövsümündə Portuqaliya nəhənginin forması ilə 33 oyuna çıxıb və 20 qola, 3 məhsuldar ötürməyə imza atıb.