UEFA Çempionlar Liqasının 1/8 finalında Madrid derbisində "Atletiko"nu üstələyən "Real" 1/4 finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, ötən gecə "Atletiko" - "Real" oyunundakı (əsas və əlavə vaxt - 1:0; ümumi hesab - 1:1; penaltilər: 2:4) penaltilər seriyası zamanı Julian Alvarezin zərbəsi topa 2 dəfə toxunuş səbəbindən sayılmayıb. Maraqlıdır ki, "Atletiko"nun 3 futbolçusunun topa toxunuş zamanı ayağı sürüşüb. 1 penalti zərbəsi isə dirəkdən qayıdıb.
Həlledici zərbəni isə Antonio Rüdiger vurub və "Kral klubu"nu növbəti mərhələyə daşıyıb.
Penaltilər seriyasını və Alvarezin mübahisəli zərbəsini görüntülərini təqdim edirik: