AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Felipe Santosu sərt cəzalandırıb.

Offsideplus.az xəbər verir ki. buna Misli Premyer Liqasının XXVI turunda "Qarabağ"la görüşün 83-cü dəqiqəsində baş verən dava səbəb olub. 

Ağdam klubunun üzvü Yassin Benzia ilə top uğrunda mübarizə apararkən mübahisəyə başlayan F.Santos daha sonra rəqiib oyunçularla əlbəyaxa olub. Nətcədə braziliyalı legioner qırmızı vərəqə ilə meydançadan qovulub.

AFFA bu gün davanın iştirkçılarının hərəkətlərinə hüquqi qiymət verib. Belə ki, "Araz-Naxçıvan"dan Felipe Santos 2 oyun şərti olmaqla, 4 matç diskvalifikasiyaya məruz qalıb. Ona 3 aylıq sınaq müddəti təyin edilib. Naxçıvan klubu Santosa görə 3000 manat, qarşılaşma bitdikdən sonra isə meydançaya kənar şəxslərin daxil olmasına görə 800 manat cərimələnib.

"Qarabağ"ın futbolçuları da cəzasız qalmayıb. Həm Elvin Cəfərquliyev, həm də Musa Qurbanlı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb. Şərti cəza üçün sınaq müddəti 3 ay seçilib. Hər iki futbolçu təcavüzkar davranışda günablandırılır. Üstəlik "Qarabağ" klubu 4 min manat cərimə ödəməlidir.