2025/26 mövsümündən etibarən legioner limiti ləğv olunacaq. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş bu gün keçirilən mətbuat konfransında bu məsələyə münasibət bildirib. Portuqaliya mütəxəssis nəticənin necə olacağını zamanın göstərəcəyini bildirib:

"Yalnız gözləmək lazımdır ki, bunun nə dərəcədə xeyrinin olacağını görək. Yalnız limit ləğv edilməyib, komanda sayı da artıb. Qarşıdakı aylarda bunun nəticəsini görəcəyik".

Xatırladaq ki, hazırda ölkə çempionatında legioner limiti 7+4 şəklindədir (7 legioner, 4 yerli). Növbəti mövsümdən etibarən bu limit aradan qalxacaq və komanda sayı 12-yə çatdırılacaq.