UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində "Atalanta" "Real"ı qəbul edib.

Offsideplus.az xəbər verir ki, oyun Madrid təmsilçisinin "2-3" hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesabı 10-cu dəqiqədə Kilian Mbappe açıb. Birinci hissəyə əlavə olunan 2-ci dəqiqədə De Ketelaer penaltini dəqiq yerinə yetirərək oyuna bərabərlik gətirib. 

İkinci 45 dəqiqədə isə əvvəlcə 56-cı dəqiqədə Vinisius Junior, sonra 59-da Cud Bellinqam fərqlənib. 65-ci dəqiqədə Lookman italyanların 2-ci qolunu vurub. Lakin meydan sahiblərinin daha artığına gücü çatmayıb. Görüş bu hesabla başa çatıb.

Oyunda vurulan qolları təqdim edirik.