Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssisin rekordu UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Seltik"ə qalib gəldikləri (5:1) matçda qeydə alınıb. Bu, Karlonun turnirdəki 103-cü qələbəsi olub.

Ançelotti bununla da Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçi olub.

Bundan əvvəlki rekord "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Fergüssonda idi (102 qələbə).