UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsi səbəbindən Rusiyaya təzminat ödəyib.

Offsideplus.az xəbər verir ki, bu barədə ÇL-in final matçının hazırlıq üzrə Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin bildirib.

Qeyd edək ki, UEFA final qarşılaşmasını Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı "Qazprom Arena"dan alıb. Oyun Fransanın paytaxtı "Stad de Frans"da keçirilib. Görüşdə İspaniya "Real"ı İngiltərə "Liverpul"unu məğlub edib - 1:0.