"Real"ın hücumçusu Kərim Benzema ÇL-nin qrup mərhələsinin ilk turu üzrə "Seltik"lə oyununda zədələnərək meydanı tərk edib.

Offsideplus.az xəbər verir ki, fransalı forvardı 30-cu dəqiqədə Eden Hazard əvəzləyib. Komandanın baş məşçqisi Karlo Ançelotti oyundan sonra mətbuat konfransında Benzemanın durumundan söz açıb:

 "Sabah müayinədən keçəcək, nəticəni gözləməliyik. Məncə, ciddi zədəsi yoxdur". 

Qeyd edək ki, matç "Kral klubu"nun 30 hesablı qələbəsi ilə başa çatıb.