"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya"ya (Plzen) qarşı Çexiyada keçirəcəyi cavab oyununun biletləri satışa çıxarılıb. 

Offsideplus.az xəbər verir ki, bilet satışı Bakı vaxtı ilə saat 15:00-da start götürüb.

Ən ucuz biletlərin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 1490 Çexiya kronudur (təxminən 105 manat).

Qeyd edək ki, avqustun 23-də Plzendə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk görüş sabah Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.