"Liverpul"un forvardı Mohamed Salah Çempionlar Liqasının 1/4 final mərhələsi ilə bağlı fikirlərini bölüşüb. 

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, misirli forvard "Real"la bağlı toxunanda Kriştiano Ronaldonu da yada salıb: "Püşkatma zamanı rəqib seçimi ilə bağlı heç bir fikrim yox idi. Bu mərhələdə rəqib seçmək doğru deyil, çünki hamısı yüksək səviyyəli komandalardır. Yarımfinala yüksəlmək üçün "Liverpul"a əlimdən gələn köməyi edəcəm. 

Ronaldo "Real" tarixinin ən yaxşısıdır, çoxlu qollar vurub. Bu dəqiqə "Real"da Ronaldonun qolları çatmır".

Qeyd edək ki, "Real"la "Liverpul" arasındakı ilk oyun aprelin 6-da İspaniyada baş tutacaq. Cavab görüşü isə aprelin 14-də İngiltərədə keçiriləcək.