Çempionlar Liqası (keçmiş Çempionlar Kuboku) tarixinin reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 1955 - 2020-ci illəri əhatə edən siyahıya Azərbaycanın 7 klubu düşüb.

Yerli komandalardan ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi təsnifat və qrup mərhələri daxil olmaqla 41 xal toplayıb və 84-cü pillədə qərarlaşıb.

Aktivində 15 xalı olan "Neftçi" 169-cudur. Azərbaycan təmsilçiləri arasında 3-cü ən yaxşı göstərici "Bakı" (6 xal) klubuna məxsusdur. Hazırda fəaliyyət göstərməyən komanda 269-cu sıradadır.

Azərbaycanın digər komandalarının reytinq sıralaması:

4) 294. "Keşlə" (İnter) - 5 xal

5) 396. "Şəmkir" - 2 xal

6) 397. "Kəpəz" - 2 xal

7) 424. "Xəzər Lənkəran" - 1 xal