"Lion"un hücumçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, forvardla "Mançester Yunayted" və "Çelsi" yaxından maraqlanırlar.
24 yaşlı fransalı üçün "Lion" 60 milyon avro tələb edir. Fransa təmsilçisi bu dəyəri ödəyən kluba futbolçusu satacaq.
Qeyd edək ki, Mussa Dembele "Lion"a 2018-ci ildə "Seltik"dən keçib.