“Daily Mail” nəşri İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, rəmzi heyətdə lider “Liverpul”dan 7 futbolçu yer alıb:
Qapıçı: Alisson Bekker (“Liverpul”);
Müdafiəçilər: Trent Aleksander Arnold, Vircil Van Dayk, Endryu Robertson (“Liverpul”), Çağlar Söyüncü (“Lester”);
Yarımmüdafiəçilər: Kevin de Bruyne (“Mançester Siti”), Cordan Henderson (“Liverpul”), Cek Qriliş (“Aston Villa”);
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (“Liverpul”), Ceymi Vardi (“Lester”).
Qeyd edək ki, koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqasının iyunun 8-i bərpa olunması gözlənilir.