Azərbaycan Basketbol Liqasına hazırlıqları davam etdirən “Gəncə” klubu Maqsud Rüstəmov ilə müqaviləni yeniləyib.

Offsideplus.az xəbər verir ki, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.

197 sm boya malik Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.