16 yaşınadək oğlanlar arasında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Offsideplus.az xəbər verir ki, U-16 millimiz Malta ilə qarşılaşıb və rəqibi 56-50 hesabla məğlub edib. Bu qələbədən sonra yığmamız qrupda ikinci pillənin sahibi olaraq, adını yarımfinala yazdırıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü İsmayıl Abdullayev (19 xal, 8 ribaund) seçilib. Qeyd edək ki, yarımfinal görüşləri 13 iyul tarixində keçiriləcək