Azərbaycan basketbolunda ilk yaşanacaq.

Offsideplus.az xəbər verir ki, ölkə çempionu "Sabah" FİBA Çempionlar Liqasında qüvvəsini sınayacaq.

Bakı təmsilçisi Azərbaycan tarixində ilk dəfə qitənin nüfuzlu basketbol turnirində yarışacaq. Turnirin reqlamentinə görə, 28 klub müntəzəm çempionata birbaşa vəsiqə qazanıb. "Sabah" mübarizəyə təsnifat mərhələsindən start verəcək. Bu mərhələdə yarışacaq 24 klubdan 4-ü çempionatda çıxış etmək hüququ əldə edəcək.

Təsnifat mərhələsində uğursuz çıxış edən klublar FİBA Avropa kubokunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, paytaxt klubu ötən il FİBA Avropa kubokunu qrup mərhələsində ölkəmizi təmsil edib.