Budapeştdə gənclər arasında kikboksinq üzrə dünya çempionatı başa çatıb.

Offsideplus.az xəbər verir ki, yarış WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə keçirilib.

Azərbaycan millisi turnirdə ümumilikdə 36 medal (5 qızıl, 8 gümüş və 23 bürünc) qazanıb.

Qeyd edək ki, ən yüksək beş medaldan dördü K-1 versiyasında əldə edilib.