Gürcüstanlı güləşçi Nuqzari Tsurtsumiyanın vəfat etdiyi barədə xəbər vermişdik. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eldəniz Əzizli finallarda çox üz-üzə gəldiyi həmkarının vəfatı ilə bağlı paylaşım edib. 

O, sosial şəbəkə hesabında bu sözləri yazıb:

"O, qızımın ən sevdiyi güləşçi idi. Rəqib olmağımıza baxmayaraq, münasibətimiz həmişə yaxşı olub. Son dəfə 20 gün əvvəl görüşmüşdük. Danışdıq, zarafatlaşdıq".

27 yaşlı güləşçi 2019-cu ildə dünya çempionu olmuş, dünya və Avropa çempioatları mükafatçısı idi.