Azərbaycan güləşçisi Elmira Qəmbərova İtaliyanın Sassari şəhərində keçirilən Matteo Pelikone Memorialında gümüş medal qazanıb.

Offsideplus.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda İsveç təmsilçisi Henna Yohansona uduzub.

O, həlledici qarşılaşmada rəqibinə 4:6 hesabı ilə məğlub olub.