Daha bir ulduz futbolçu Türkiyə yolundadır.
Offsideplus.az xəbər verir ki, söhbət Ceydon Sançodan gedir.
"Mançester Yunayted*dən ayrılmağa hazırlaşan Ceydon Sanço yanvar ayında daimi transfer üçün Türkiyənin üç nəhəng klubu –" Fənərbağça", "Qalatasaray" və "Beşiktaş" ilə danışıqlar aparır.
Hazırda icarə əsasında çıxış etdiyi "Aston Villa"da gözlənilən performansı göstərə bilməyən Sançonun transferinə İngiltərə nəhəngi də müsbət yanaşır və keçidin reallaşmasına mane olmayacaq.




