Qış fasiləsində heyətini gücləndirməyi planlaşdıran Beşiktaş hücum xəttinə oyunçu almaqda qərarlıdır.
Offsideplus.az-ın məlumatına görə, “ağ-qaralar” Liverpool-un üzvü Divok Oriqiyə “elçi düşüb”.
İstanbul nəhəngi bununla bağlı yanvarda ingilislərə maraqlı təklif göndərəcək. Belə ki, “qara qartal” yayda “qırmızılar”dan icarəyə götürdüyü qapıçı Loris Kariusu transfer etmək hüququndan vaz keçməyə hazırdır. Əvəzində türklər eyni şərtlərlə (icarə+birdəfəlik transfer) Oriqini almaq niyyətindədilər.