"Trabzonspor"un baş məşqçisi Fatih Tekke "Beşiktaş"ın ulduzunu istəyir.

Offsideplus.az xəbər verir ki, söhbət Semih Kılıçsoydan gedir. Bu barədə "TGRT Haber" məlumat yayıb. 

19 yaşlı hücumçunun "qara qartallar"la müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. O, cari mövsüm İstanbul təmsilçisində 44 oyuna çıxıb, 4 qol və 6 assistə imza atıb.