"Fənərbağça" - "Trabzonspor" matçına əcnəbi hakim dəvət edilib.

Offsideplus.az xəbər verir ki, görüşün VAR hakimi polşalı Daniel Stefanski olub.

Son vaxtlar TFF xüsusilə VAR hakimi funksiyasını əcnəbilərə tapşırır. Ancaq bu da Türkiyədə hakimliklə bağlı narazılığın azalmasına kömək olmayıb. Aprelin 2-də keçirilən "Fənərbağça" - "Qalatasaray" oyununda meydan sahibləri idarəetmədən narazı qalıblar.

İstanbul klubunun "Trabzonspor"la görüşü bu axşam 20:00-da start götürəcək.