FİFA Türkiyə klubuna qarşı sərt cəza tədbiri görüb.
Offsideplus.az xəbər verir ki, ali futbol qurumu "Adana Demirspor"un xallarından silinməsinə qərar verib.
FİFA-nın İntizam Komitəsinin qərarına əsasən komandanın aktivindən 6 xal silinib.
Beləliklə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Adana Demirspor"un xalları - 3 (mənfi 3)-ə düşüb.
Qeyd edək ki, bu mövsüm kluba ikinci dəfə eyni cəza tətbiq edilir.
Xatırladaq ki, FİFA tərəfindən "Sivasspor"a transfer qadağası qoyulub.