Dünən Türkiyə Superliqasının XXV turu çərçivəsiində "Qalatasaray" və "Fənərbağça" arasında keçirilən oyununun hakimlərinin qazancı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, İstanbul derbisində sloveniyalı hakimlər briqadası iş başında olub.

Baş hakim Slavko Vunçiçin qonorarı 3600 avro təşkil edib. Ona yardım edən iki yan xətt hakiminin hərəsi 2300 avro qazanıb.

Bundan başqa, sloveniyalı ədalət təmsilçilərinə günlük 350 avro məzuniyyət haqqı ödənilib.