"Qalatasaray"ın ulduz futbolçusu Lukas Torreyra, Argentina nəhəngi "Boka Xuniors"un transfer hədəfinə düşüb.
Offsideplus.az xəbər verir ki, "Boka Xuniors"un baş məşqçisi Fernando Qaqo, təcrübəli futbolçunu heyətində görmək istəyir. Klub prezidenti Xuan Roman Rikelme isə "Qalatasaray"a ediləcək rəsmi transfer təklifini müəyyənləşdirib.
Argentina təmsilçisi Lukas Torreyra üçün 10 milyon dollarlıq rəsmi təklif hazırlayıb və yaxın günlərdə "Qalatasaray" rəhbərliyi ilə danışıqlara başlamağı planlaşdırır.
Bundan əlavə, Lukas Torreyra daha əvvəl ESPN-ə verdiyi müsahibədə "Boka Xuniors"da oynamağın ən böyük arzularından biri olduğunu bildirmişdi. O, "Orada oynamaq üçün dəli oluram!" sözləri ilə Argentina klubuna marağını açıq şəkildə ifadə etmişdi.
Qeyd edək ki, bu mövsüm "Qalatasaray" forması ilə 32 rəsmi oyuna çıxan və 2.783 dəqiqə meydanda olan 28 yaşlı yarımmüdafiəçi, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.