UFC yüngül çəkidə çempionu İslam Maxaçevin komandası İlia Topuria ilə mümkün döyüş barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, onlar gürcü döyüşçü ilə razılıq əldə edə bilmədiklərini bildiriblər.

Maxaçevin sözlərinə görə, Topuria hələ çempionluq döyüşünə çıxmadan öncə bir rəqiblə qarşılaşmalıdır. Onun fikrincə, İlia titul uğrunda mübarizə aparmaq üçün daha bir sınaqdan keçməlidir.

Xatırladaq ki, Topuria son döyüşündə Aleks Volkanovskini məğlub edərək UFC lələk çəkisi çempionu olub. Lakin Maxaçev onun birbaşa yüngül çəkidə çempionluq döyüşünə çıxmasını erkən hesab edir.