Madrid "Atletiko"sunun sabiq oyunçusu Qabi baş məşqçi kimi çalışmağa başlayıb.

Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Saraqosa"nı çalışdıracaq. Bu barədə klubun rəsmi saytından açıqlama verilib.

Əlavə edək ki, Qabi daha öncə "Xetafe"nin B komandasını da idarə edib.

Bu, onun baş məşqçi kimi ilk ciddi sınağı olacaq.