"Qalatasaray" klubu UEFA Avropa Liqasının pley-off mərhələsində "AZ Alkmaar"la keçirilən oyunda zədələnən ispan futbolçu Alvaro Moratanın vəziyyəti ilə bağlı açıqlama yayıb.

Offsideplus.az xəbər verir ki, klubun verdiyi məlumata görə, Moratanın sol arxa yuxarı əzələ qrupunda ikinci dərəcəli yüklənmə, qanama və qismən yırtıq aşkar edilib. MRT müayinəsinin nəticələrinə əsasən, futbolçunun müalicəsinə dərhal başlanılıb. Həkimlər Moratanın vəziyyətini yaxından izləyir və reabilitasiya prosesinin necə keçəcəyinə görə onun yaşıl meydanlara dönüş tarixi müəyyənləşəcək.

Rəsmi açıqlamada Moratanın nə qədər müddət meydanlardan kənarda qalacağı dəqiq bildirilməsə də, yerli medianın verdiyi məlumata görə, 32 yaşlı hücumçunun ən azı iki həftə müddətinə oynaya bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, ulduz futbolçu İstanbul təmsilçisinə bu ayın əvvəlində keçib.