"Fənərbağça" növbəti mövsüm üçün transfer hədəfini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Lazio"nun oyunçusu Matias Vekinonu yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etməyi planlaşdırır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi artıq uruqvaylı futbolçu ilə razılığa da gəlib.

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə 15 oyuna çıxıb və 1 qola, 3 məhsuldar ötürməyə imza atıb.