Türkiyədə əsas gündəm mövzularından biri "Beşiktaş" - "Qalatasaray" derbisini yerli yoxsa əcnəbi hakimin idarə edəcəyidir.
Offsideplus.az xəbər verir ki, bu matçı bosniya-herseqovinalı İrfan Pelytonun idarə edəcəyi gözlənilir. Bu barədə "Ajansspor" portalı məlumat yayıb.
Pelyto daha öncə "Beşiktaş"ın "Ayaks"la Çempionlar Liqası matçında fit çalıb.
"Beşiktaş" - "Qalatasaray" görüşü martın 29-da oynanılacaq.