"İnter"in hücumçusu Markus Türamla Premyer Liqa nəhəngləri yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, "Arsenal" və "Çelsi" bu yarışda bir addım öndədir. "Liverpul" da fransalı ilə maraqlanan klublardan biridir.

Türamın müqaviləsində 71 milyon funt-sterlinqlik sərbəstqalma bəndi var.

O, cari mövsümdə bütün turnirlərdə 38 oyunda 16 qol vurub.