İtaliyalı mütəxəssis Covanni Trapattoni "Qalatasaray"ı çalışdıra bilərmiş.

Offsideplus.az xəbər verir ki, 86 yaşlı çalışdırıcı 2013-cü ildə Türkiyəyə gələcəkmiş. Lakin son arada bu qərarından daşınıb. O, bu günləri belə xatırlayır:

“Axırıncı dəfə həyat yoldaşımla mübahisə edəndə çamadanım hazır idi və İstanbula uçan təyyarədə yerim belə ayrılmışdı. 2013-cü ilin sentyabrı idi və “Qalatasaray” məni az qala razı salmışdı. 4 gün sonra Turində “Yuventus”la oynayacaqdılar. Məni inandırdılar, bəli, amma Paola (həyat yoldaşı) yox. Və nəhayət, indiyə qədər etmədiyim bir şeyi etdim. Zəng etdim, onlardan üzr istədim və hər şeyi ləğv etdiyimi söylədim".

Əlavə edəki ki, Trapattoni ilə razılığa gələ bilməyən "Qalatasaray" onun yerinə komandanı digər italiyalı Roberto Mançiniyə əmanət etmişdi.