Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Cennaro Qattuzo növbəti dəfə öz çılğınlığı ilə diqqət mərkəzinə düşüb.

Offsideplus.az xəbər verir ki, italiyalı çalışdırıcı çempionatda əsas rəqibi "Riyeka"ya ağır məğlubiyyətdən (0:3) sonra yerli telekanallardan birində canlı yayımlanan futbol verilişinin studiyasına qəfil daxil olub.

Əsəblərinə hakim çıxa bilməyən Qattuzo studiyada xorvatiyalı sabiq futbolçu və telekanalın şərhçisi Yoşko Yeliçiçin əlini sıxmayıb və onu çox danışmaqda ittiham edib. Yeliçiç isə "Sən burda qonaqsan, bizə hörmət etməlisən" - deyə mübahisəyə girişb.

Qeyd edək ki, "Hayduk" məğlubiyyətə görə ilk pilləni məhz "Riyeka"ya təhvil verib.