"Barselona"nın həkimi Karles Minaryo Qarsiyanın qəfil ölümü ilə əlaqədar İspaniya La Liqasının XXVII turunda "Osasuna" ilə təxirə salınan matçın keçiriləcəyi tarix müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, matç milli komandalarla əlaqədar yaranan fasilənin son günlərində - martın 27-də baş tutacaq.

Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da çalınacaq.

Qeyd edək ki, 40 yaşlı Karles Minaryo Qarsiya martın 8-də "Osasuna" ilə ev matçının başlanmasına bir neçə saat qalmış qəfil dünyasını dəyişib. Bu xəbəri qarşılaşmanın startına bir neçə qalmış alan "Barselona"nın futbolçu və məşqçi heyəti şok keçirdiklərinə görə meydançaya çıxa bilməyiblər.

BU DA MARAQLIDIR:

Bu gecə qol vurdu, Messini sevindirdi, sabah Bakıya gəlir - VİDEO