"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə heyətinə yeni hücumçu qatmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın hədəfində ön xətt üçün 4 namizəd var. Siyahının ilk 2 yerində Viktor Osimhen və Viktor Dyökereş var. Onların ardından isə Benyamin Şeşko və Hüqo Ekitike gəlir.
"Mankunianlar" bu 4 futbolçudan birini transfer etməyə çalışacaq.
Hazırda MY-in ön xəttində Rasmus Höylund və Coşua Zirkze çıxış edir. Komandanın portuqaliyalı baş məşqçisi Ruben Amorim sərəncamında mütləq yeni hücumçu görmək istəyir.