İspaniyalı futbolçu Serxio Ramos bu ilin qışında transfer olduğu Meksikanın "Monterrey" klubunda 5-ci oyununda 1-ci dəfə meydançadan qovulub.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı müdafiəçi "Pumas"la matçın 90+3-cü dəqiqəsində rəqibə arxadan təpik atdığına görə qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, onun karyerasında 30-cu belə hal olub.
Serxio Ramos indiyədək Madrid "Real"ında 26, PSJ-də 2 və "Sevilya"da 1 dəfə qırmızı vərəqə görmüşdü.
Maraqlıdır ki o, İspaniya milli komandasının heyətində keçirdiyi 180 qarşılaşmanın heç birində meydançadan kənarlaşdırılmayıb.
BU DA MARAQLIDIR: