"Fənərbağça" ulduz futbolçusunun klubdakı gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərdlilər" mövsümün sonunda müqaviləsi başa çatacaq olan Duşan Tadiç ilə dövrələrarası fasilədə kontraktı uzatmağı planlaşdırır. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Klub rəhbərliyinin serb ulduza "1+1" illik müqavilə təklif edəcəyi qeyd olunub.
Xatırladaq ki, İstanbul nəhənginin heyətində 17 matçda meydana çıxan Tadiç 6 qola və 7 məhsuldar ötürməyə imza atıb.