Viktor Osimhen mövsüm sonu "Qalatasaray"la yeni müqavilə imzalaya bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Fanatik" yayıb.

Mənbəyə görə, İstanbul klubu yaxın günlərdə təcrübəli forvardın yayda komandaya keçidini rəsmiləşdirmək üçün "Napoli" ilə danışıqlar aparıb. Maliyyə mövzusunda razılıq əldə ediləcəyi təqdirdə transfer baş tutacaq. Sözügedən hücumçu "Cimbom"la yeni anlaşmaya razıdır. 

Qeyd edək ki, cari mövsüm “Qalatasaray”la 7 matça çıxan Viktor Osimhen 4 qol vurub, 4 məhsuldar ötürmə edib.