"Fənərbağça" - "Qalatasaray" oyunundan (1:3) sonra mətbuat konfransına qatılmayan Joze Mourinyoya miks zonada türk jurnalist sual ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, Mourinyo "Qalatasaray" klubunun "Ağlayan biri" ("Xüsusi biri" ləqəbinə göndərmə) paylaşımı barədə suala əsəbiləşdi.
"Ciddisən, yoxsa zarafat edirsən?", deyə soruşan portuqaliyalı mütəxəssis daha sonra oradan uzaqlaşdı.