Jurnalistlərlə görüşən "Fənərbaxça"nın prezidenti Ali Koç təəccüblü açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, türkiyəli funksioner qarşılarında 3 variant olduğunu bildirib.
O, bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. Prezident kreditlərlə bağlı banklarla görüşəcəklərini bildirib:
"Biz anormallığı normallaşdırdığımız üçün bu yerə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç seçim var: "pis, daha pis və ən pis.
1- Aşağı liqaya düşmək.
2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.
3- Xaricdə komanda almaq.
Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi.