"Beşiktaş" azarkeşləri 24 sentyabrda olacaq İstanbul derbisi üçün üç min Panku şəkli sifarş ediblər.
Offsideplus.az Türkiyə mediasına istinadən xəbər verir ki, "ag-qaralılar" 24 sentyabrda oynanılacaq "Fənərbaxça" - "Beşiktaş" oynuna üç min Panku şəkli ilə gələcəklər.
2004-2005 mövsümündə oynanılan "Fənərbaxça" - "Beşiktaş" oyunu Pankunun adıyla tarixə keçdi. "Beşiktaş" 3-2 öndə olarkən qapıçı Kordoba qırmızı kart alır. Hər üç oyunçu dəyişdirmə haqqından istifadə edən "Beşiktaş"da qapıya Panku keçir. Bu vaxt "Fənərbaxça"nın Brazilyalı ulduzu Aleks özünün 2-ci komandasının 3-cü qolunu vuraraq hesabı 3-3 edir. Oyunun sonlarında "Fənərbaxça" bir neçə hücum edir, amma qapıçı Pankunu keçə bilmir və oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə "Beşiktaş" qol vuraraq 4-3 hesablı qələbə qazanır.
Bu oyundan sonra "Beşiktaş" oyunun xatirəsi üçün formalar tikdirir və Pankunun ləqəbi "Kadıköy Panteri" olur.



