"Mançester Yunayted" klubunun sağ cinah vingeri Meyson Qrinvud karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az "The Sun"a istinadla xəbər verir ki, 21 yaşlı futbolçu ilə "Beşiktaş" yaxından maraqlanır.
Məlumata görə, Super Liqa təmsilçisi Qrinvud üçün danışıqlara başlayıb.
Futbolçunun özü də MY-dən ayrılmaq fikrindədir.
Qeyd edək ki, Qrinvudun "qırmızı şeytanlar"la 2025-ci ilin 30 iyununadək müqaviləsi var.