Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Skorer"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Vulverhempton" klubunun vingeri Adama Traoreni transfer etmək niyyətindədir. "Sarı-lacivərtlilər"in baş məşqçisi Jorge Jesus 26 yaşlı ispaniyalının keçidində israrlıdır.
"Fənərbağça" artıq Traoreni sıralarına qatmaqçün hərəkətə keçib.
Qeyd edək ki, sözügedən oyunçu bu ilin əvvəlində "Barselona" klubuna icarəyə verilmişdi.