PSJ-nin ulduzu Mauro İkardi ilə razılığa gələn "Qalatasaray"ın Türkiyədə transfer pəncərəsi bağlanmamış hədəfində daha iki futbolçu var.

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" ötən mövsümü "Barselona"da keçirən "Vulverhempton"un futbolçusu Adama Traore ilə yaxından maraqlanır. "Qalatasaray" Traoreni icarə əsasında heyətinə qatmağı düşünür.

Ondan əlavə, klub rəhbərliyi Xames Rodriqesin agenti ilə də danışıqlara başlayıb. "Əl-Rəyyan" klubu kolumbiyalı futbolçu üçün satış payı istəməsə, "Cim-Bom" Xamesi birbaşa satın almağı planlaşdırır.