“Sivasspor” klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Musanı heyətinə cəlb edib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Ahmed Musanın sonuncu iş yeri Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” olub. O, ötən ilin iyul ayından sözügedən klubun uğurları üçün çalışırdı. Bu komandada 34 matça çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.