Hücumçu axtarışında olan "Fənərbağça" PSJ-nin argentinalı ulduzu Mauro İkardi üçün hərəkətə keçib.

Offsideplus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "Fənərbağça" klubuna mümkün transferinə pozitiv yanaşır. Futbolçu ilə "Qalatasaray" da uzun müddətdir ki, maraqlansa da, tərəflər arasında hələ ki, razılıq əldə edilməyib. 

Qeyd edək ki, İkardi 2020-ci ildən PSJ-nin formasını geyinir. O, son 3 mövsümdə 92 oyun keçirib, 38 qol və 6 assistə imza atıb.